Ölkəmizi Avropada 10 boksçu təmsil edəcək

Martın 25-dən aprelin 1-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. 

Newsport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyanın Tırqu-Jiu şəhərində baş tutacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınamağa qərar verib. Belə ki, kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar. 

Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.

Qeyd edək ki, komandamız aprelin 3-də Vətənə dönəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right