AFFA-nın sabiq prezidentinin oğlu qəzada dünyasını dəyişdi

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən gecə avtomobil qəzasında vəfat edib.

Newsport.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Anar Mirzəyev Sabirabad rayonunda “Jeep” markalı maşında kanala düşüb. .Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdur. Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğludur və ailəlidir.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right