Olimpiya Oyunları başladı Azərbaycanı 1 idmançı təsmil edir

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürüb.

 

Newsport.az xəbər verir ki, oyunlarda 92 ölkə iştirak edəcək. 102 dəst medal uğrunda 2902 idmançı yarışacaq. 

 

Azərbaycan isə yarışda 1 idmançı ilə təsmil olunacaq. Belə ki, milliləşdirilmiş avstriyalı Patrik Braxner həm bayraqdarımız olacaq, həm də medal qazanmağa çalışacaq. Bu onun ölkəmiz adına ikinci Qış Olimpiya Oyunlarıdır. Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduğunu nümayiş etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right