"Qəbələ"nin idmançısı qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının taekvondoçusu Cavad Ağeyev növbəti uğurunu qazanıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, idmaçı Türkiyənin İstanbul şəhərində keçirilən klubların Avropa birinciliyində fərqlənib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev qonşu ölkədə 5 döyüş keçirib.

Qazaxıstandan iki, Moldova, Bosniya və Herseqovina, Bolqarıstanın hərəsindən bir rəqiblə üz-üzə gələn taekvondoçumuz bütün rəqiblərinə böyük hesabla qalib gəlib. Ağayev yarışın qalibi kimi qızıl medala yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right