"Avropa çempionatında da İstiqlal Marşımızı səsləndirmək gözəl olar" Ramil Quliyev

Azərbaycanlı atlet Ramil Quliyev bu il üçün qarşısına qoyduğu məqsədlərdən danışıb.

Newsport.az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı sprinter, çıxış etdiyi "Fənərbaxça" klubunun televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, “Mundialdan sonra Avropa çempionatında da İstiqlal Marşımızı səsləndirmək gözəl olar. Növbəti il 200 m məsafəyə qaçışda da çempion titulunu qorumaq ən böyük hədəfimdi. Hazırlıqlarım ən yüksək səviyyədə gedir. Buna görə də formam hər gün yaxşılaşır”. Nəzərinizə çatdıraq ki, Quliyev 2017-ci ildə 200 metrəyə qaçış üzrə Türkiyəyə ilk dünya çempionluğu yaşatıb.

 Qeyd edək ki, Quliyev Azərbaycandan ona diqqət göstərilməməsi səbəbindən ayrılmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right