Bu gün "World Masters" turnirinə start verilicək 3 cüdoçumuz tatamiyə çıxır

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" turnirinə start verilicək. Yarışın ilk günündə milli komandamızın 3 üzvü tatamiyə çıxacaq. 

Newsport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşdə özbəkistanlı Şarufitddin Lyutfillayevlə qarşılaşacaq. Rüstəm Orucovun (73 kq) turnirdəki ilk rəqibi amerikalı Aleksandr Terner olacaq.Hidayət Heydərov isə (73 kq) ilk mərhələdə monqolustanlı Xadbataar Naranxla üz-üzə gələcək. 

Qeyd edək ki, yarış CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right