YDÇ-2017: Millimizdən daha bir qızıl medal Yenilənib

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Newsport.az saytının məlumatına görə,üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.

38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib. Final görüşündə güləşçimiz Ukrayna təmsilçisini də vaxtından əvvəl, cəmi 82 saniyəyə tam üstünlüklə məğlub edib və Dünya çempionatının qızıl medalına yiyələnib. 

Məlumat üçün bildirək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb. 

 

38 kq 
FİNAL - Şahanə Nəzərova - Mariya Tomişç (Ukrayna) 
1/2 final - Şahanə Nəzərova - Luçana Bekbaulova (Rusiya) 10:0 
1/4 final - Karin Uematsu (Yaponiya) - Şahanə Nəzərova 0:10 
 
43 kq 
1/8 final - Yasəmən Məcidli - Ayazhan Markaşeva (Qazaxıstan) 2:12
 
49 kq 
Təsəlliverici görüş - Sevinc Əhədova - Vayle Rae Baker (ABŞ) 2:12
1/16 final - Sevinc Əhədova - Suzuna Yoşimura (Yaponiya) 0:4
 
56 kq 
1/8 final - Laura Gomez Vizcaino (İspaniya) - Jalə Əliyeva 13:3
 
40 kq 
1/2 final - Ayşən Yusifova - Petya Zarkova Delçeva (Bolqarıstan) 
1/4 final - Ayşən Yusifova - Mariam Karelidze (Gürcüstan) 2:0 
 
46 kq 
1/8 final - Aynur Camalova - Anastasiya Yanotova (Belarus) 1:8
1/16 final - Guzal İslomova (Özbəkistan) - Aynur Camalova 2:6 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right