Yığmamız gənclər arasında dünya çempionatına yollanır

15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Tokionun “Kishi Memorial Hall” Kompleksində keçiriləcək çempionatda 4 gənc atletimiz medal mübarizəsinə qoşulacaq. Onların siyahısı aşağıdakı kimidir:
Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn İsmayılov (94 kq).
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right