DÇ-2018: Daha 4 vəsiqənin sahibi məlum oldu

Voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatına Avropa zonasından qazanılan bütün birbaşa vəsiqələrin sahibləri müəyyənləşib.
 
Newsport.az-ın məlumatına görə, Serbiya və Azərbaycandan sonra bu hüquqa Rusiya, Türkiyə, İtaliya və Almaniya sahib çıxıb. 
 
Onlar öz qruplarının qalibi olublar. Daha 2 vəsiqənin sahibi isə Yunanıstan, Çexiya, Bolqarıstan, Belçika, Hollandiya və Sloveniya yığmalarının iştirakı ilə oktyabrın 15-dək keçiriləcək üçüncü seçmə qrup mərhələsinin yekununda müəyyənləşəcək. 
 
Qeyd edək ki, dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə əsasən, təşkilatçı Yaponiya ilə yanaşı, ötən çempionatın qalibi ABŞ birbaşa final mərhələsində iştirak hüququna yiyələniblər. Qalan 22 yer Avropadan 8, Şimali Amerikadan 6, Asiya və Okeaniyadan 4, Afrika və Cənubi Amerikadan hərəyə 2 ölkə yığmasına veriləcək. Dünya çempionatının püşkatma mərasimi dekabrda olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right