“Qəbələ” idmançısından gümüş medal

Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. 
Newsport.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandasının və “Qəbələ”nin cüdoçusu Uşanqi Kokauri tatami üzərinə çıxıb. 

+100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk qarşılaşmada italiyalı Klaudio Pepoli, ardınca ukraynalı Sergey Zverevə qalib gəlib. Yarımfinalda polşalı Matsey Satnaçkini mübarizədən kənarlaşdıran 
Kokauri həlledici görüşə vəsiqə qazanıb. Finalda rumıniyalı Daniel Mateaya uduzan Kokauri gümüş medala yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right