Suya tullanmada 6 medal

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışlarına yekun vurulub.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri ümumilikdə 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Son olaraq, kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suya tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti 265,11 xalla 2-ci yeri tutub. İran təmsilçiləri 326,04 xalla 1-ci, iraqlılar isə 215,64 xalla 3-cü olublar.
 
Qeyd edək ki, qızıl medallara qadınların 3 metrlik tramplindən və 10 metrlik platformadan suya tullanma yarışında Olqa Bıkovskaya yiyələnib. Digər gümüş medalı 10 metrlik platformadan fərdi suya tullanma yarışında Artyom Danilov, bürünc medalları kişilərin 3 metrlik tramplindən fərdi suya tullanma yarışında Dmitri Sorokin, eyni hündürlükdən sinxron tullanmada Artyom Danilov - Dmitri Sorokin dueti əldə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right