Hacı Əliyev və Cəmaləddin Məhəmmədov qızıl, Murtuz Müslümov gümüş medal qazandı YENİLƏNİB

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, oyunlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır. 

Güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb. 

 

Yarışların dördüncü günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq. 

61 kq 
FİNAL - Alibek Osmonov (KGZ) - Hacı Əliyev 0-10
1/2 final - Hacı Əliyev - İsmaelpoorjouybari (İRİ) 
1/4 final - Hacı Əliyev - T.Xocayev (TJK) 9:0 
1/8 final - Hacı Əliyev - S.Myradov (TKM) 10:0

70 kq 
FİNAL - Murtuz Müslümov - Mostafa Hosseinkhani (İRİ) 0-11
1/2 final - Murtuz Müslümov - R.Sadybakasov (KGZ) 
1/4 final - Murtuz Müslümov - Z.Dama (TUR) 6:0

86 kq 
Bürünc medal görüşü - Baxodur Kodirov (TJK) - Şərif Şərifov 0-11
1/2 final - Yazdanicharati (İRİ) - Şərif Şərifov 11:0
1/4 final - M.İnam - Şərif Şərifov 1:11
1/8 final - N. Al Mushatta (İRQ) - Şərif Şərifov 0:10

125 kq 
FİNAL - Cəmaləddin Məhəmmədov - Daulet Şabanbay (KAZ) 12-8
1/2 final - Cəmaləddin Məhəmmədov - J.Sadeghzadeh (İRİ) 7:3
1/4 final - Cəmaləddin Məhəmmədov - R. Alkrad (SYR) 10:0

İlkin görüşlər saat 10:00-da, final görüşləri saat 18:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right