Gənc yunan-Romaçılar Batumidən 1 gümüş və 1 bürünc medalla qayıdır

Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. 

Newsport.az-ın məlumatına görə, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub. 

Yalnız final görüşündə uduzan Zülfüqar Əliyev (50 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 60 kq çəkidə mübarizə aparan Kamran Mirzəliyev qazanıb. Həlledici görüşdə güləşçimiz Ermənistan idmançısına tam üstünlüklə qalib gəlib. 

96 kq-da yarışan Sayqidmaqomed Ömərov turniri beşinci sırada tamamlayıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right