Millimiz Sloveniya toplanışına qələbə ilə başladı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib

Newsport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri yerli “Maribor” klubu ilə qarşılaşıblar.

 

Görüş yığmamızın 4:1 (25:15, 28:26, 25:22, 25:18, 14:16) hesablı qələbəsi ilə nəticələnib.  

 

İslamiadaya hazırlaşan voleybolçularımız mayın 6-dək Sloveniyada qalacaqlar.

 

Qeyd edək ki, bundan əvvəl İsraildə təlim-məşq toplanışında olan millimiz orada keçirdiyi hər 3 sınaq görüşündə də qalib gəlmişdi. (Apasport.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right