AGF Kuboku-2017: 6 qızıl, 1 gümüş və 4 bürünc medal

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. 

Newsport.az-ın məlumatına görəTurnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə gənclər arasında 100 pəhləvan yarışıb. Güləşçilərimiz günü 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Fəxri kürsünün ən yüksək pilləsində Rəşad Abdulov (50 kq), Namaz Rüstəmov (66 kq), Nəsir Həsənov (74 kq), Arif Niftullayev (84 kq), Tehran Əminzadə (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb. 

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.  

Komanda hesabında Azərbaycan birinci, Qazaxstan ikinci, Gürcüstan yığması isə üçüncü yeri tutub. 

 

50 kq 
1. Rəşad Abdulov
2. Ramaz Silagava - Gürcüstan
3. Şota Glonti - Gürcüstan
3. Alpamis Dastanbek - Qazaxstan
      55 kq
1. Nugzar Tsurtsumia - Gürcüstan
2. Diyas Kursebay - Qazaxstan 
3. Elşad Məmmədov 
3. İlxom Baxromov - Özbəkistan
60 kq 
1. Oleksandr Hruşin - Ukrayna 
2. Yernar Fidaxmetov - Qazaxstan
3. Assilbek Kossamanov - Qazaxstan 
3. Yernur Fidaxmetov - Qazaxstan
  66 kq 
1. Namaz Rüstəmov 
2. Kahraman Kissimetov - Qazaxstan
3. Nofəl Babayev 
3. Giorgi Gujabidze - Gürcüstan
74 kq 
1. Nəsir Həsənov 
2. İlimdor Satayev - Qazaxstan
3. Jalgasbay Berdimuratov - Özbəkistan
3. Beka Mamukaşvili - Gürcüstan 
  84 kq 
1. Arif Niftullayev 
2. Temur Tçkuaselidze - Gürcüstan
3. Tuncay Vəzirzadə 
3. Guram Xetsuriani - Gürcüstan
96 kq 
1. Tehran Əminzadə 
2. Soslan Fanziyev
3. Oljas Sirilbay - Qazaxstan
3. Seyidməhəmməd Ömərov 
  120 kq 
1. Cavid Feyziyev 
2. Dmitro Kremeniev - Ukrayna 
3. Beka Makaridze - Gürcüstan
3. Anton Savenko - Qazaxstan

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right