Şəhriyar dünya çempionu oldu

Portuqaliyanın paytaxtı Lissabonda kunqfu-sanda üzrə dünya çempionatı keçirilib.

Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycan idmançıları da çıxış ediblər. Turnir idmançılarımız üçün uğurlu alınıb. Şəhriyar Hüseynzadə bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olub.

Hüseynzadə ötən il İtaliyada keçirilən analoji yarışda gümüş medal qazanmışdı.

Şəhriyar bu dəfə heç bir rəqibinə aman verməyərək, karyerasında ilk dəfə dünya çempionluğunu qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right