Rəsul Çunayev finalda!

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Rəsul Çunayev Bolqarıstanın Ruse şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnirin finala vəsiqə qazanıb.
 
Newsport.az-ın məlumatına görə, 71 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz yarımfinalda macarıstanlı son dünya çempionu Balint Korpasini məğlub edib. 
 
"Klassiklər”dən Taleh Məmmədov (59 kq), sərbəst növdə yarışan Mahir Əmiraslanov (57 kq) və  qadın güləşçi Elis Manolova (69 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
 
Qeyd edək ki, ilk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right