Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirir

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir. 

Newsport.az-ın məlumatına görə, sərbəst güləş üzrə yığma komandamızın üzvləri martın 18-dən Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadır. 

Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında yığma komandanın 25 üzvü Kislovodskda hazırlıq keçir. 

Təlim-məşq toplanışı aprelin 1-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right