Azərbaycan atleti Avropa çempionatının finalında!

Azərbaycan atleti Hayle İbrahimov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Avropa çempionatında finala yüksəlib.
 
Newsport.az-ın məlumatına görə, 27 yaşlı idmançı 3000 metr məsafəyə qaçışda həlledici mərhələyə vəsiqə qazanıb. O, yarımfinal mərhələsində öz yarımqrupunun 12 iştirakçısı arasında 7 dəqiqə 57,74 saniyə nəticə ilə birinci olub. İbrahimov türkiyəli Aras Kara (7:58,61), almaniyalı Rixard Ringer (7:58,77), ispaniyalı Adel Mexaal (7:58,94) və italiyalı Yemaneberhan Krippa (7:59,76) ilə birgə mərhələ adlayıb.
 
Digər yarımqrupdan isə finala isveçli Yonas Leanderson (7:54.93), italiyalı Maruan Razine (7:55,17), norveçli Henrik İngebriqtsen (7:55,26), ispaniyalı Karlos Mayo (7:55,58), türkiyəli Ali Kaya (7:56,36), avstriyalı Andreas Voyta (7:56,52) və Ramazan Özdemir (7:59,35) yüksəlib.
 
Azərbaycan təmsilçisi yarışın rəsmi saytına açıqlamasında deyib: "Bu, hələ ilkin mərhələ idi. Qaçışım yaxşı alındı. Amma mən enerjimi həlledici mərhələyə saxlamışam".
Final mərhələsinə martın 5-də Bakı vaxtı ilə saat 19:55-də start veriləcək ("Report").

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right