DÇ-2016: daha 3 güləşçimiz mübarizə aparıb

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı başa çatıb.  Çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edib.

Newsport.az xəbər verir kiİlk yarış günündə güləşçilərimiz 2 bürünc medal qazanıb. Əhmədnəbi Qvarzatilov (61 kq) sərbəst, Həsən Əliyev (71 kq) yunan-Roma güləşi yarışlarında fərqlənib. 

İkinci yarış günündə daha 3 güləşçimiz mübarizə aparıb. Qadın güləşində Tatyana Omelçenko (60 kq), sərbəst güləşdə Gitinomaqomed Hacıyev (70 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (80 kq) yarışlarda iştirak edib. 

60 kq 
1/8 final - Tatyana Omelçenko - Emese Barka (HUN) 0:10

70 kq
1/16 final - Gitinomaqomed Hacıyev - James Malcolm Green (USA) 1:12

80 kq 
Təsəlliverici görüş - Nikoloz Kelosov (GEO) - Rafiq Hüseynov 2:1
1/4 final - Rafiq Hüseynov - Ramazan Abaçaraev (RUS) 1:1*
1/8 final - Rafiq Hüseynov - Aleks Kessidis (SWE) 11:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right