Yığmalarımız heyətlərini açıqladı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviya ilə qarşılaşacaq. 

İkinci yığmamızın rəqibi Finlandiya olacaq. Üçüncü millimiz isə Dominikan Respublikası ilə üz-üzə gələcək. Turun daha çox maraq doğuran digər görüşləri Rusiya - ABŞ, Ukrayna - Gürcüstan, İngiltərə - Hindistan, Çin - Macarıstan, Polşa - Çexiya, Hollandiya - Kuba və Fransa - Almaniyadı.

 Qadınlardan ibarət əsas millimiz Çinlə qarşılaşacaq. İkinci komandamız Sinqapurla, üçüncü yığmamız isə Peru ilə görüşəcək. Kişilərin mübarizəsində olduğu kimi, qadınlarda da VIII turda Rusiya - ABŞ qarşıdurması baş tutacaq. Ukrayna Macarıstanla, Polşa Hollandiyayla, Hindistan Özbəkistanla, Gürcüstan Argentinayla, Bolqarıstan Ekvadorla, Almaniya Monqoslustanla üz-üzə gələcək.
 
VIII tur
Kişilər
 
Azərbaycan-1 (2705) – Latviya (2568)
Şəhriyar Məmmədyarov (2761) – Aleksey Şirov (2673)
Teymur Rəcəbov (2722) – İqor Kovalenko (2651)
Rauf Məmmədov (2666) - Arturs Neiksans (2628)
Eltac Səfərli (2688) – Nikita Meskovs (2476)
 
Finlandiya (2461) - Azərbaycan-2 (2576)
Tomi Nibak (2580) - Vasif Durarbəyli (2612)
Daniel Ebelinq (2468) – Nicat Abasov (2552)
Vilka Sipila (2447) - Qədir Hüseynov (2625)
Tommi Luukkonen (2354) - Namiq Quliyev (2577)
 
Azərbaycan-3 (2350) – Dominikan Respublikası (2323)
Vüqar Əsədli (2406) – Nelson Borqes (2320)
Abdulla Qədimbəyli (2294) – Xose Manuel Dominques (2273)
Məhəmməd Muradlı (2331) – Karlos Jean (2326)
Pərviz Qasımov (2323) – Kristofer Quzman (2259)
 
VII turdan sonra turnir cədvəli: 1. ABŞ – 13 xal; 2. Rusiya, 3. Gürcüstan - 12; …7. Latviya, 8. Azərbaycan-1 – hər ikisi 11, …27. Azərbaycan-2, …47. Finlandiya – hər ikisi 9; ...98. Azərbaycan-3, ...103. Dominikan Respublikası – hər ikisi 6.
 
Qadınlar
Çin (2531) - Azərbaycan-1 (2320)
Yifan Hou (2658) - Zeynəb Məmmədyarova (2295)
Venyun Yu (2583) - Günay Məmmədzadə (2361)
Xue Jao (2522) - Gülnar Məmmədova (2304)
Zonqyu Tan (2475) – Nərmin Kazımova (2302)
 
Sinqapur (1999) - Azərbaycan-2 (2248)
Ruofan Li (2353) – Xəyalə Abdulla (2214)
Qianyun Qonq (2262) - Nərmin Xələfova (2219)
Mey-En Emmanuelle (1883) - Ülviyyə Fətəliyeva (2234)
Kay Xin Siev (1607) - Nərgiz Umudova (2247)
 
Peru (2118) - Azərbaycan-3 (2016)
Deysi Kori (2402) - Nərmin Məmmədova (2230)
Vanessa Zambrano (1892) - Xanım Balacayeva (2147)
İnqrid Fernandes (2096) - Gövhər Beydullayeva (1994)
Aurora Veqa (2053) - Ayan Allahverdiyeva (1780)
 
VII turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. Çin, 3. Azərbaycan-1 – hamısı 12 xal, ...24. Azərbaycan-2, …32. Azərbaycan-3, …34. Sinqapur, …37. Peru – hamıs 9.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right