Rio-2016: Taekvondoçumuz bürünc medal qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

Newsport.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən idmançımız Patimat Abakarova Rioda 1/8 finalda Tiyana Boqdanoviçlə (Serbiya) üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.

Boqdanoviç finala kimi irəlilədiyinə görə, Abakarova təsəlliverici görüşlərdə mübarizə aparıb. Bürünc medal uğrunda onun ilk rəqibi Jinqyu Vu (Çin) olub. İdmançımız bu görüşdə 4:3 hesabı ilə qələbə qazanıb.

Patimat Abakarova bürünc medal yolundakı son rəqibi Yasmine Azeize (Fransa) olub. 7:2 hesabı ilə qalib gələn taekvondoçumuz bürünc medal qazanıb.

Bu, həm də Azərbaycan tarixində taekvondoda qazanılan ilk olimpiya medalı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right