Rio-2016: təmsilçilərimiz mübarizəni dayandırdı

Rio-2016 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarında iki təmsilçimiz mübarizəyə start verib.
 

Newsport.az-ın məlumatına görə, ilk olaraq qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Fatimə Alkərimova yarışıb. Təsnifat mərhələsində çıxış edən 14 yaşlı idmançımız 1-ci qrupda mübarizə aparıb. O, 59.43 saniyə nəticə ilə öz qrupunda üçüncü olub.

48 üzgüçü arasnda 41-ci yeri tutan təmsilçimiz 6 seçmə qrup üzrə mübarizənin yekununda "16-lığ"a düşə bilməyib və nəticədə yarımfinal mərhələsindən kənarda qalaraq mübarizəni dayandırıb.
 
Daha sonra isə 200 metr məsafəyə arxasıüstə üzmədə Boris Kirillov öz gücünü sınayıb. O da xanım idmançımız kimi ən zəiflərin toplaşdığı 1-ci qrupdan mübarizəyə başlayıb. 2:06.74 dəqiqə nəticə ilə zəiflərin arasında sonuncu olan Kirillovun ümumi mübarizədə də hər kəsdən geri qalaraq sonuncu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right