Sabah karate olimpiya idman növlərinə daxil edilə bilər

Karate ailəsinin gözləri yaxın günlərdə bu qədim idman növünün unudulmaz anlar yaşayacağını səbirsizliklə gözlədiyi Rio de Janeyroya yönəlib.

Newsport.az-ın məlumatına görə, karatenin Tokio 2020 Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə bağlı yekun qərarın veriləcəyi gün artıq yetişməkdə olduğuna görə, Dünya Karate Federasiyasınıın (WKF) nümayəndələri bu tarixi tədbirlə bağlı  Braziliyanın bu ecazkar şəhərinə gəlməkdədirlər.

Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos bu idman növünü 2016 Olimpiya Oyunlarına ev sahibliyi edən şəhərdə baş tutacaq fövqəladə tədbirlərdə təmsil etmək üçün gələn nümayəndə heyətinə rəhbərlik edir. Karate üçün önəmli anların yaxınlaşması ilə  həyəcan artıqca, DKF-nin nümayəndələri Rio de Janeyroya gəlməyə başlayır.

Beynəlxalq Olimpiya Komitəsinin 3 avqust 2016-cı il tarixində baş tutacaq 129-cu Sessiyasında karatenin Tokio 2020 Olimpia Oyunlarının proqramına daxil edilməsi ilə bağlı yekun qərar qəbul ediləcək.

İndi bütün dünyadakı karate azarkeşlərindən gələn dəstək kütləvi xarakter alıb və bütün karate ailəsi karatenin Olimpiya arzusunun həyata keçməsini görmək üçün unikal imkan barədə öz gözlənti və hisslərini ifadə etmək üçün Sosial Mediyaya müraciət edirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right