Güləşçilərimiz Rusiyadan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıtdı FOTOLAR

Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. 

Newsport.az-ın məlumatına görə, turnirdə iştirak edən yığma komandanın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. 

65 kq çəki dərəcəsinin final görüşündə yığma komandamızın iki üzvü - Məhəmməd Müslümov və Teymur Məmmədov qarşılaşıb. Məhəmməd Müslümov qızıl, Teymur Məmmədov gümüş medala yiyələnib.


Bürünc medalı isə yığmamıza 125 kq çəkidə yarışan Əli İsayev qazandırıb. 

Qalib Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Umar İsrailov (125 kq) isə bürünc medal görüşündə məğlub olaraq turniri 5-ci sırada tamamlayıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edib. 




 
 
 
  •  
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right