Fariz Məmmədov çempionluq kəmərini Tale Heydərova verdi FOTO

Bu gün “Qəbələ” klubunun prezidenti Tale Heydərov peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədovla görüşüb.

Newsport.az-ın məlumatına görə, bu barədə Fariz Məmmədov öz instagram səhifəsində yazıb.

Fariz Məmmədov görüş zamanı dünya çempionu kəmərini Tale Heydərova hədiyyə edib.

F.Məmmədov Qol.az-ın müxbiri ilə söhbətində görüşlə bağlı təəssüratlarını bölüşüb: “Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla “Qəbələ” İdman Klubuna borcluyam. Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin. Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right