Azərbaycan pilotu Bakı şəhər halqasında test yürüşü edəcək

“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi, “Euro Formula Open” yarışlarında “Kampos” (İspaniya) komandasında çıxış edən Azərbaycan pilotu Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasında test yürüşü edəcək.

Newsport.az-ın məlumatına görə, mayın 29-da təşkil olunacaq yürüşdə pilotun Bakı şəhər halqası boyunca üç dövrə vurması nəzərdə tutulur.

Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda “Formula-3” pilotudur. Gənc pilot yanvarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Formula Gulf 1000” yarışında yaxşı nəticə göstərərək birinci yerin sahibi olmuşdu.

Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 17-19-da Bakıda təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right