Futbolumuzdakı ən böyük problemi kim və necə həll edir? (LAYİHƏ, II HİSSƏ)

Ölkə futbolunda azarkeş problemi hələ də qalmaqdadı. Baxmayaraq ki, geridə qoyduğumuz illərə nəzər salanda milli və klub səviyyəsində 2016-cı ildə daha yaxşı nəticələr əldə etmişik. Lakin bu nəticələr belə Premyer Liqa oyunlarında tribunaların dolmasına təsir edə bilmir. O zaman bu problemi aradan qaldırmaq yönündə klublar hansı yollara əl atır və nə kimi planları var...?

Premyer Liqada çıxış edən klubların rəsmilərinə 4 sualla müraciət etdik.

Alınan cavablarla sizi tanış edirik:

QEYD: Daha öncə digər 4 klubun sorğu ilə bağlı fikirləri saytımızda yayımlanmışdı.

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov.

1. Klub olaraq azarkeşlərin sayını artırmaq baxımından hansı addımları atırısz?

Demək olar ki, bu məsələlərdə ən həssas klub bizik. Məlum məsələdir ki, azarkeşlərimizin böyük hissəsi eyniadlı zonanın sakinləri ora ilə bağlı olanlardı. Klub hər zaman onlara xüsusi diqqət göstərib. Onların oyunlara gəlməsinə, kluba yaxın olmasına şərait yaradıb.

2. Konkret olaraq 2016-cı ildə hansı addımlar atılıb?

Bu il bir neçə sosial layihədə iştirak etmişik. Bura universitetlərlə görüş, eyni zamanda fərqli sosial statusu olan qurumlarla görüşlər keçirmişik.

3. Bəs o zaman azarkeşlərinizin yaş, cins, sinif, peşə tərkibini öyrənmək baxımından hansl marketoloji tədqiqat aparmısız?

Azərbaycanda əsasən 15-30 yaş arasında insanlar stadionlara gəlirlər. Bu yaş xüsusiyyətləri ilə yanaşı "Qarabağ"ın uğurlarının son dönəmlərə təsadüf etməsi ilə bağlıdı. Üstəlik. tələbə və işləyən kütlənin də maraqları var. Bu baxımdan oyunların iş vaxtına düşməsi məqamı çətinlik yaratsa da ümumilikdə bu elə də hiss olunmur.

4. Azarkeşlərə yaxınlaşmaq, onlarla bütünləşmək yolunda hansı ideyalarınız var?

Hər şey uğura bağlıdı. Uğur nə qədər çox olsa o qədər çox azarkeş gələcək.

“Qəbələ” klubunun marketinq üzrə meneceri Səməd Nəsibov:

1. Klub olaraq azarkeşlərin sayını artırmaq baxımından hansı addımları atırısz?

Klub olaraq azarkeş sayısını və effektivliyini artırmaq üçün xüsusən məktəblilər arasında təbliğat işləri aparırıq. Bu addım yaxın tarixdən ziyadə gələcəyə hesablanmış addımdır. Xüsusən son iki ildə Avropa Liqasında komandamızın göstərdiyi idman uğurları məktəblilərin yaddaşında xüsusi yer etməsi üçün bəzi planlarımız var. Bunlar arasında ilk dəfə Avro Liqanın qrup mərhələsinə çıxmağımızla bağlı sənədli filmin hazrılanaraq məktəblərdə göstırilməsi və bu uğurları anlatan şəkillərin məktəbli dəftərlərinin üzərində çap edilməsi var.

2. Konkret olaraq 2016-cı ildə hansı addımlar atılıb?

2016 cı ildə Qəbələ rayonunda təhsil alan 17 min şagirdin hər birinə məktəb ləvazimatlarından ibarət dəst hazırlanıb və hədiyyə edilib. Şagirdlərlə futbolçularımızın görüşü təşkil edilib. Bu dəstin hər birində klubumuzun loqosu və uğurları əks edilib. Bundan başqa il ərzində rayonun ağsaqqal, ziyalı və veteran futbolçuları ilə görüşlər keçirilib. Bu şəxslərlə daimi koordinasiya yaradacaq struktur formalaşır. Növbəti addım isə rayonda fəaliyyət göstərən böyük müəsisələrin əməkdaşları ilə futbolçuların görüşlərini təşkil etməkdir.

3. Bəs o zaman azarkeşlərinizin yaş, cins, sinif, peşə tərkibini öyrənmək baxımından hansı marketoloji tədqiqat aparmısız?

Belə bir tədqiqat hələ aparmamışıq. Ancaq planlarımıza daxildir.

4. Azarkeşlərə yaxınlaşmaq, onlarla bütünləşmək yolunda hansı ideyalarınız var?

Əslində bütün sadaladıqlarım azarkeşlə klubun yaxınlaşmağına hesablanmış addımlardır. Elə bir dövrdə yaşayırıq ki, istınilən evdə bir düyməyə toxunaraq böyük futbol ölklərinin çempionatlarını izləmək mümkündür. Buna görə bizim kimi, klubların yaşamağı, azarkeş baxımından ayaqda qalmağı azarkeşi ilə yaxın ünsiyyət qurmaqdan keçir.

“Zirə” klubunun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu:

1. Klub olaraq azarkeşlərin sayını artırmaq baxımından hansı addımları atırısz?

Azarkeşləri normalda stadiona necə cəlb etmək lazımdırsa biz də bu qaydada edirik. Misal üçün, oyundan öncə afişalar vurulur küçələrə. Bundan əlavə azarkeşlərə klubun atributlarını hədiyyə etmişik.  Yerli əhalinin futbola marağını artırmaq üçün məhz zirəlilərdən ibarət komanda yaratmaq haqda düşünürdük. Bununlada bağlı qəsəbədə elanlar verildi.  Və əlavə olaraq məktəblərlə də əlaqədə olmağı düşünürük. Yarışlar keçirtmək və gənc istedadlı uşaqları komandamıza cəlb etməyi düşünürük.

2. Konkret olaraq 2016-cı ildə hansı addımlar atılıb?

Yuxarıda sadaladıqlarımızı bu il həyata keçirmişik.

3. Bəs o zaman azarkeşlərinizin yaş, cins, sinif, peşə tərkibini öyrənmək baxımından hansı marketoloji tədqiqat aparmısız?

Zirədə əsasən kişilər gəlir oyuna. Bizdə yaş fərqi yoxduş Müxtəlif yaşlardan ibarət insanları tribunada görə bilərsiniz. Klubda azarkeşlərlə bağlı əlaqələndirici şəxs var. O, klubla azarkeşlər arasında körpü rolunu oynayır.

4. Azarkeşlərə yaxınlaşmaq, onlarla bütünləşmək yolunda hansı ideyalarınız var?

Biz zatən azarkeşlərimizlə yaxınıq. bütünük. Komanda nə qədər yaxşı nəticə göstərsə bir o qədər azarkeşləri başına toplayacaq.

Sonda onu da qeyd edək ki, azarkeş probleminin qabarıq şəkildə göründüyü AZAL klubundan sorğumuza cavab gəlmədi.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz