Qış çempionunu müəyyənləşdirən tur Layihə

Bu gün Azərbaycan Premyer Liqasında ilin son – 14-cü turunun qarşılaşmaları keçiriləcək. Turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

 

Tura Qəbələdə start veriləcək. Lider “Qarabağ”ın ən yaxın izləyicisi olan “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq. Avropa Liqasının qrup mərhələsindəki çıxışını dayandıran “qırmızı-qaralar” artıq ölkə çempionatına və kubouna köklənib. Oyun təqvimə əsasən, Gəncə şəhər stadionunda baş tutmalı olsa da, Qəbələdə keçiriləcək. Bunan səbəb isə meydanın ot örtüyünün ideal vəziyyətdə olmamasıdır. Roman Qriqorçukun yetirmələri liderliyə yenidən yiyələnmək üçün qələbə qazanmalıdır. Gəncə təmsilçisi qeyri-stabil oyun sərgiləsə də, meydan sahiblərini büdərədə bilər. Qərb komandası qalib gələcəyi halda ili ilk “4-lük”də başa vura bilər.

 

Statistika:

 

“Qəbələ” və “Kəpəz” ölkə çempionatında 13 dəfə qarşılaşıblar. “Qəbələ” 5 dəfə qalib gəlibsə, Gəncə təmsilçisi isə 4 dəfə sevinən tərəf olub. 4 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bu komandaların son 9 oyununda heç-heçə qeydə alınmayıb. “Qəbələ” bu mövsüm evdə keçirdiyi 7 oyunun 6-da qələbə qazanıb, 1-də isə heç-heçə edib. “Kəpəz” səfərdə yalnız 1 dəfə 3 xala sevinib (2 heç-heçə, 4 məğlubiyyət).

 

Turun növbəti matçında autsayderlər münasibətlərə aydınlıq gətirəcək. “Neftçi” “Dalğa Arena”da AZAL-ı qəbul edəcək. Oyun təqvimə əsasən, “Bakcell Arena” stadionunda baş tutmalı olsa da, Mərdəkanda keçiriləcək. Bunan səbəb isə meydanın ot örtüyünün ideal vəziyyətdə olmamasıdır. Cari mövsümdə qələbəyə həsrət qalan “təyyarəçilər” ili qalibiyətlə tamamlamaq istəyir. Tərlan Əhmədovun komandası Premyer Liqada 17 oyundur ki, qələbənin nə olduğunu bilmir.

Statistika:

 

Bu komandalar indiyənədək 31 dəfə üz-üzə gəliblər. “Ağ-qaralar” 15 dəfə, AZAL isə 7 dəfə paytaxt derbisindən qələbə ilə ayrılıb. 9 qarşılaşmada qalib müəyyənləşməyib. “Neftçi” bu mövsüm evdə 2 oyunda qaıib gəlib, 3 matçda isə uduzub. Tərlan Əhmədovun kollektivi səfər oyunlarında yalnız 1 xal qazanıb.

 

Günün digər dueli Sumqayıtda keçiriləcək. Yerli “Sumqayıt” “Zirə”ni qonaq edəcək. Son 3 turda uduzmayan Samir Abasovun yetirmələri bu seriyanı qəsəbə təmsilçisi ilə keçirəcəyi oyunda da davam etdirmək niyyətindədir. Ölkə kubokunun ilk oyunları çərçivəsində hər iki komanda böyükhesablı məğlub olub. “Sumqayıt” “Qarabağ” 0:6, “Qartallar” isə “Neftçi” 0:3 hesabı ilə uduzub. Samir Abasov və Adil Şükürovun kubok macəraları başa çatdığı üçün diqqəti Premyer Liqaya yönəldiblər. Hər iki tərəf üçün bu oyun əhəmiyyətlidir. Matçda qalib gələn kollektivin 4-cü pilləyə yüksəlmək şansı var. Təbii ki, bunun üçün “Kəpəz” Qəbələdə xal itirməlidir.

Statistika:

 

Komandalar 5 dəfə qarşılaşıb ki, bunun 3-də də paytaxt klubu sevinib. “Kimyaçılar” isə 1 dəfə qələbə qazanıb. 1 oyunda isə qalib müəyyənləşməyib. “Sumqayıt” bu mövsüm evdə 4 oyun keçirib və 1 dəfə 3 qalib gəlib (3 heç-heçə, 1 məğlubiyyət). “Zirə” isə səfərdə qələbə üzünə həsrətdir (2 heç-heçə, 3 məğlubiyyət).

 

İlin son qarşılaşması isə Suraxanıda keçirləcək. Turun mərkəzi matçında “Qarabağ” “İnter”i sınağa çəkəcək. Ağdam təmsilçisi qış çempionu olmaq üçün bu oyunda uduzmamalıdır. Qurban Qurbanovun kollektivi Avropa Liqasındakı çıxışını dayandırdığı üçün diqqətini ölkə kubokuna və çempionatına cəmləyib. Nəzərə alaq ki, “Qarabağ” bu mövsüm Premyer Liqada 2 görüşdə məğlub olub ki, bunlardan biri də “inter”ə qarşı oyunda olub. Mövsümün ilk turunda “İnter” rəqibini 2:1 hesabı ilə məğlub etmişdi. Zaur Svanadzenin komandası üçün bu oyun vacib əhəmiyyət daşıyır. Paytaxt təmsilçisi çempionluq uğrunda mübarizəni davam etdirmək üçün bu görüşdə qalib gəlməlidir.

Statistika:

 

Bu komandalar 48 dəfə üz-üzə gəliblər ki, “atlılar” 21, “bankirlər” isə 11 dəfə qələbə qazanıb. “İnter” son 15 səfər matçında qalib gəlmir. Bundan əlavə, qonaqlar “Qarabağ”la səfərdə keçirdiyi son 4 oyunda qol vurmur. “Qarabağ” Premyer Liqada ardıcıl 15 oyundur ki, qalib gəlir. “Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu “Qəbələ” ilə heç-heçə edib – 1:1.
 
2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.

newsport.az

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right