Arif Əsədov medalların taleyinin həll olunduğunu düşünür

Son turla mütəxəssis rəyini də öyrəndik. Bu baxımdan bizə Arif Əsədov kömək oldu:

“Gəncəlilərlə oyunda “Qarabağ”ın qələbəsi gözlənilən idi. “Kəpəz”in itkiləri var idi. Nəticə sürpriz olmadı. Ancaq qələbə asan başa gəlmədi. Xüsusən ikinci hissədə “Kəpəz”in yaxşı oynadığını söyləməliyəm. Bir neçə qol vəziyyəti yaratdılar. “Sumqayıt” – “Neftçi” oyununda daha istəkli olan meydan sahibləri qələbə qazandı. Mirabdulla mən “Neftçi”də işləyəndə yavaş-yavaş parlayırdı. O zaman bəlli idi ki, yaxşı potensialı var. Artıq onu əsas heyətdə də meydana buraxırdım. Tam potensialını isə “Sumqayıt”da açdı. “İnter” üzərindəki qələbədən sonra “Neftçi”də işlərin yoluna düşdüyünü düşünənlər var idi. Amma göründü ki, problemlər hələ də var. Hələ də “Neftçi”də sabitlik çatışmır. AZAL-ın vəziyyəti bəllidi. Futbolçuların problemləri var. “İnter”də ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdur. Onlar da matçda sözünü dedi. “Qəbələ”nin “Zirə”yə qalib gəlməsi də başadüşüləndir. İkinci hissədə Cavid Hüseynov meydana daxil oldu. Düzdür, hələ tam formaya düşməyib. Amma onun meydana daxil olmasından sonra “Qəbələ”nin hücum potensialı artdı".

"Artıq indidən çempionluq uğrunda “Qarabağ”, “Qəbələ” və “İnter”in mübarizə aparacağını söyləyə bilərik. Medalların taleyi həll olunub. Ancaq digər komandalar 4-cü yer, yəni Avroliqaya vəsiqə uğrunda sonadək mübarizə aparacaq. Yalnız AZAL-ın bu mübarizədən kənarda qalacağını düşünürəm”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right