“Şəmkir” prezidenti: " Biz Şəmkirin adını uca etməyə çalışırıq"

“Şəmkir” – MOİK oyunu başa çatdıqdan sonra meydan sahiblərinin prezidenti Elvin Səfərli  Newsport.az-ın Şəmkirə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb: 

- Oyun haqda nə deyə bilərsiniz?

- Bugünkü oyun bizim üçün çox vacib idi. Turnir cədvəlində vəziyyət mürəkkəbdi. Birinci divizion o qədər maraqlı gedir ki, hamının xalları bir-birinə çox yaxındır. Bu 3 xal bizim üçün çox vacib idi. Qalib gəldiyimiz üçün çox sevinirik. Bizim məqsədimiz Premyer Liqaya yüksəlməkdir. Bu istiqamət üzrə çalışırıq. Komanda da bunu dərk edir. Bu səbəbdən gələcəyimizi bu gündən qururuq.

- Rəqib 10 nəfərlə qalsa da, daha çox müdafiədən oynayırdınız. “Şəmkir”in bugünkü oyunundan razı qaldınız?

- Oyunun texniki məsələlərini baş məşqçi köməkçiləriylə birgə dəyərləndirəcək. Çünki bizdə komandanın oyununu sırf məşqçilər korpusu qurur. Hazırki vəziyyətdə bizim üçün ən önəmli şey 3 xaldır.Bu gün də buna nail olduq. Komandamızı təbrik edirəm və minnətdarlığımı bildirirəm ki, bizə bu sevinci yaşatdılar.

- Premyer Liqada iştirak etmək üçün müəyyən şərtlər var. Bu şərtləri yerinə yetirmək yolunda indidən müəyyən addımlar atmısınız?

- Hal-hazırda bunun strategiyasını və planını hazırlamışıq. Aşağı yaş qruplarıyla bağlı nə ki tələb olunur, o üzrə işləri həyata keçiririk. Çalışacağıq ki, gələn ildən Premyer Liqada çıxış edək.

- Sponsor baxımından vəziyyət nə yerdədir?

- Hal-hazırda “Şəmkir”in maliyyə durumu kifayət qədər yaxşıdır. Hər şey yaxşıdır. Bütün diqqətimizi elitaya yüksəltməyə yönəltmişik.

- İcra başçısının oyunu canlı izləməsinin qələbənizdə nə dərəcədə rolu olub?

- Alimpaşa müəllim hər zaman bizə dəstək olur. Biz Şəmkirin adını uca etməyə çalışırıq. Hər zaman icra başçısının mənəvi dəstəyini hiss edirik.

- Aşağı yaş qrupları üzrə vəziyyət nə yerdədir?

- 3 yaş qrupu üzrə komandamız çempionatlarda iştirak edir. Biz gələcəyin addımlarını indidən atırıq.

- Bəs stadion problemini necə həll edəcəksiniz?

- Premyer Liqaya uyğun stadionumuz olacaq. Elita üçün tələb olunan bütün şərtləri yerinə yetirəcəyik.

- Ötənlərin “Şəmkir”ini geri qaytarmaq üçün nə lazımdır?

- Hal-hazırda biz məhz buna çalışırıq. Komandada bu potensial var. Hamımız bir nəfər kimi bir dəmirə vururuq. Şəmkir futbol şəhəridir. Biz yenidən həmin duyğuları, bu klubun əfsanəvi günlərini geri qaytaracağıq.

Mərdan Həsənov, Şəmkir.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right