Hərbçilərin güləş üzrə dünya çempionatı üçün millimizin heyəti

21-24 sentyabr 2016-cı il tarixdə Makedoniyanın Skopye şəhərində hərbçilərin güləş üzrə 31-ci dünya çempionatı keçiriləcək.

Newsport.az-ın məlumatına görəÇempionatda ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri iştirak edəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi məşqçi Nazim Əlicanovun başçılığı altında Ruslan Qasımov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Əşrəf Əliyev (74 kq), Turqay Məmmədov (84 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcək.

Yunan-Roma güləşi üzrə pəhləvanlarımız məşqçi Taleh İsrafilovun rəhbərliyi altında yarışacaq. Heyətdə Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (71 kq), Sənan Əlimirzəyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) yer alıb. 

Hakimlər briqadasında beynəlxalq dərəcəli hakim Elman İsmayılov ölkəmizi təmsil edəcək. 

Proqram

21 sentyabr
Sərbəst güləş – 57, 61, 65 və 70 kq

22 sentyabr 
Sərbəst güləş – 74, 86, 97 və 120 kq

23 sentyabr 
Yunan-Roma güləşi – 59, 66, 71 və 75 kq

24 sentyabr 
Yunan-Roma güləşi – 80, 85, 98 və 130 kq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right