Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında sabah qarışıq komanda yarışı baş tutacaq.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması mübarizəyə təsnifatdan başlayacaq.
Startdakı rəqib Avstriya kollektivi olacaq. Görüşün qalibi 1/4 finalda Gürcüstan millisi ilə qarşılaşacaq.
Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.