Azərbaycanın paralimpiya çempionları dünya çempionatına yollanıb

Para-üzgüçülük üzrə Azərbaycan milli komandası Portuqaliyanın Madeyra şəhərində keçiriləcək dünya çempionatına yollanıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, heyətdə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibləri Raman Saleh və Vəli İsrafilov yer alıb. Onlar mundialda baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında çıxış edəcəklər.

Xatırladaq ki, iyunun 18-dən davam edəcək dünya çempionatı Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right