"Formula 1" pilotu: "Bakıdakı yarışı səbrsizliklə gözləyirəm"

"Bu, gözəl və çox unikal trasdır. Uzun, düz və yavaş döngələrə malikdir. Bu yarışı səbrsizliklə gözləyirəm".

Newsport.az-in məlumatına görə, bunu "Haas" komandasının pilotu Kevin Maqnussen Bakıda keçiriləcək Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

Bolidində "Ferrari" mühərriki olan 30 yaşlı sürücü uzun və düz trasda az problem yaşayacağını bildirib: "Mühərrikin gücü çox vacibdir və bizim yaxşı mühərrikimiz var".

Danimarkalı pilotun fikrincə, Bakıda həmişə yarış vaxtı çoxlu hərəkətlilik olur: "Sarı bayraqların qaldırılması və ya avtomobillərin təhlükəsizliyi ilə bağlı risklər böyükdür. Hər zaman elə görünür ki, Bakıda adi yürüşlərdən daha böyük imkanlar var".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right