Gimnastlarımızdan 1 qızıl və 1 gümüş medal

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda daha iki medal qazanıb.

Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medala sahib çıxıb.

Böyüklər arasında tamblinq yarışlarında mübarizə aparan Mixail Malkin isə qitə çempionatının gümüş mükafatçısı olub.

Xatırladaq ki, daha əvvəl Maqsud Mahsudov və Hüseyn Abbasov yeniyetmələr arasında sinxron proqramda qızıl, böyüklərdən ibarət tamblinq "üçlüy"ümüz isə komanda yarışında bürünc medal qazanıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right