“Neftçi” qrup lideri kimi kubokun yarımfinalına yüksəldi

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

Newsport.az xəbər verir ki, günün ilk oyunu “Xırdalan” və “Sumqayıt” komandaları arasında baş tutub.

Bu oyun “Xırdalan” klubunun 89:83 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: “Xırdalan”dan Teyvion Körk (20 xal, 5 ribaund), “Sumqayıt”dan Nəzər Quliyev (21 xal, 8 ribaund) olublar.

Günün ikinci oyununda qrup liderliyi uğrunda “Neftçi” və “Xəzri” klubları üz-üzə gəliblər. Bu görüşdə “Neftçi” 80:67 hesablı qələbə qazanaraq A qrupundan lider kimi yarımfinala yüksəlib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Kamran Məmmədov (26 xal, 4 ribaund), “Xəzri”dən Oubri Makalpayn (26 xal, 5 ribaund) olublar.

B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına “Sabah” – “NTD-İndoqö” oyunundan sonra aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right