Azərbaycan çempionunun baş məşqçisi: "İlk oyunlar hər zaman ağır olur"

Bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.

Newsport.az-ın məlumatına görə, Türkiyə çempionu “İstanbul Şişli”ni 9:1 hesabı ilə yenən təmsilçimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:

"Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu. Bu da başa düşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. İlk oyunlar isə hər zaman ağır olur. Fasilədən sonra daha yaxşı oynadıq, bu da hesabda öz əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı tərbik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right