Ronaldo və Kasilyasdan Marseloya vida mesajı

“Real”ın bir çox futbolçusu və sabiq oyunçusu Marselonun “kral klubu”ndan ayrılması barədə fikirlərini bölüşüblər. 

Newsport.az xəbər verir ki, onlar bu haqda öz sosial şəbəkə hesablarında yazıblar. Hazırda “Mançester Yunayted”in formasını geyinən Kriştiano Ronaldo Marseloya belə müraciət edib: “Sən mənim üçün bir komanda yoldaşından daha artıqsan, futbolun mənə verdiyi qardaşsan. Marselo meydanda və meydandan kənarda, paltardəyişmə otağını paylaşmaqdan zövq aldığım ulduzlardan biridir. Bu yeni macəranda hər şeyin öhdəsindən gəlməyini arzulayıram, Marselo!”

Madrid təmsilçisinin keçmiş qolkiperi İkser Kasilyas da Marselonun ünvanına xoş sözlər yağdırıb: “Sən “Real”a uşaq ikən gəlmişdin. Neçə dəfə “Marseluooo, geri qayıt!” deyə qışqırmışam. Belə bir əfsanə olduğun üçün təşəkkür edirəm. Səni bağrıma basıram və gələcəyin üçün ən yaxşısını diləyirəm”.

Hazırda da “Real”ın şərəfini qoruyan Toni Kroos da 34 yaşlı müdafiəçiyə vida mesajı yazıb: “Bütün dövlərin ən yaxşı sol cinah müdafiəçisi ilə oynadığımı deyə bilərəm”. 

La Liqa klubunun gənc forvardı Vinisius Junior isə Marselo ilə oynamaqdan zövq aldığını bildirib: “Səninlə birlikdə futbol oynamaq və səndən öyrənmək böyük bir zövq idi”.

Qeyd edək ki, 15 ildir "Real"da çıxış edən braziliyalı müdafiəçi "kral klubu"nun heyətində ümumilikdə 545 oyuna çıxıb, 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Klub tarixində ən çox - 25 titul qazanan futbolçu İspaniya çempionatında 6, kubokda 2, Superkubokda 5 uğura sevinib. O, 5 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda, 4 dəfə klublararası dünya çempionatında qalib olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right