Azərbaycan çempionu UEFA kubokuna getmir RƏSMİ

Futzal üzrə son Azərbaycan çempionu "Xəzər adaları" 2015-16 mövsümü UEFA kubokunda iştirakdan imtina edib.

Newsport.az-ın məlumatına görə, bu haqda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumat verib:

"Ötən gün "Xəzər adaları"nın rəhbərliyi rəsmən bəyan etdi ki, UEFA kubokunda iştirakdan imtina edirlər. Bunun maliyyə problemi və ya başqa hansısa amillə bağlı olduğunu bilmirəm. UEFA-nın əsasnaməsinə görə, belə olan halda UEFA kubokunda iştirak hüququ avtomatik olaraq çempionatda ikinci yeri tutan komandaya verilir. Hazırda bu vəsiqəyə "Fənər" iddialıdır, çünki ikinci olub. Bu gün klub rəhbərliyi ilə əlaqə saxlayıb, bu məsələni müzakirə edəcəyəm. Məsələ burasındadır ki, UEFA kubokunda iştirak etmək istəyən klub bütün tələblərə cavab verməlidir. Əgər "Fənər" bu və ya başqa səbəblərdən UEFA kubokunda iştirak edə bilməsə və ya istəməsə, o zaman üçüncü olmuş komanda bu hüquqa yiyələnəcək".

Qeyd edək ki, “Xəzər adaları”nın turnirdən iştirakdan imtinasının səbəbi klubun sahibi Hacı İbrahim Nehrəmlinin həbs olunması və klubun maddi durumunun acınacaqlı vəziyyətə düşməsidir.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right