Kateqoriya: Futzal | Tarix: 18.03.2021 11:52
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Newsport.az xəbər verir ki, 3-cü qrupda yer alan komandaların oyununu Finlandiyadan olan Kirill Naishouler və Arttu Kyynaeraeinen idarə edəcək. Üçüncü hakim Martin Matula, timekeeper Miroslav Jezik olacaq. Son iki hakim Slovakiyadandır.
Qarşılaşmanın hakim-inspektoru funksiyasını Perri Qautye yerinə yetirəcək.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək.