"Xəzər adaları"nın rəsmisi:"Hacı İbrahim tutulmayıb"

“Xəzər adaları”nın prezidenti Hacı İbrahim Nemrəmlinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanması xəbəri təkzib edilib.

Klubun mətbuat xidmətinin rəhbəri Orxan Hüseynov Newsport.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

"Bu xəbər həqiqəti əks etdirmir. Çünki Hacı İbrahim müəllim hazırda klubun direktoru Fuad Qəmbərovla Filippindədi. Hətta bu gün səhər saatlarında Fuad bəylə komandanın ötən gün ölkə kubokunda "Neftçi"yə uduzması (4:8) ilə bağlı danışmışıq". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right