Milli beynəlxalq turnirə dəvət aldı

Futzal üzrə Azərbaycan millisi İranda təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İran Futzal Federasiyasının prezidenti Daud Pərhizkar “Tasnim” agentliyinə açıqlamasında bildirib.

O, Azərbaycan Futzal Federasiyasından cavab gözlədiklərini söyləyib: “Hələlik bizə cavab verilməyib. Azərbaycan dəvətimizi qəbul etsə, İraq millisini də bu turnirə cəlb etmək üçün danışıq aparacağıq”.

Turnirin fevralda keçirilməsi planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right