"Rəqibin vurduğu qol bizi sanki ayıltdı"-Tino Peres

“Komandamı təbrik edirəm. Ardıcıl ikinci qələbəmizi qazandıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Tino Peres deyib.

Avropa çempionatının əsas seçmə mərhələsinin ikinci turu çərçivəsində Danimarkanı 11:2 hesabı ilə üstələyən millimizin çalışdırıcısı görüşün əvvəlində rəqibə mümkün qədər çox qol vurmaq barədə düşünmədiklərini bildirib: “İlk növbədə fikrimiz qələbə qazanmaq idi. Daha sonra qol fərqi barədə düşünmək olardı. İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi sanki ayıltdı. Bundan sonra ard-arda qollar gəldi”.

Peres son turda Ukrayna ilə görüşə də yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Hazırda qrup lideriyik. Son turda Ukrayna ilə qarşılaşacağıq. Həmin oyuna da yalnız qələbə haqda düşünəcəyik. Ukrayna ilə oyunda heç-heçəni düşünsək, uduzarıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right