Azərbaycan - Belçika oyunundan sonra bədbəxt hadisə (VİDEO)

Futzal üzrə Avropa çempionatının çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Belçika oyunundan sonra bədbəxt hadisə yaşanıb.

Newsport.az-ın məlumatına görə, görüş başa çatdıqdan sonra azarkeşlər qələbə sevincini qeyd edərkən tribunanın qarşısındakı dəmir hasarlardan biri çöküb. Nəticədə “Sərhədçi” İdman Kompleksində xadimə çalışan qadınlardan biri xəsarət alıb. Belə ki, həm hasar, həm də azarkeşlərdən bir neçəsi qadının üstünə düşüb. Həkimlərin ilkin tibbi yardımı yetərli olmadığından xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb. (futbolxeber.az)

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right