Millimizin rəqibi qalib gəldi

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Ukrayna futzal yığması Bakıya səfər öncəsi yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Ukrayna millisi Xarkovun "Lokomotiv"i ilə qarşılaşıb.

Oyun Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Bakıda keçiriləcək "Avro-2016"nın seçmə mərhələsində millimiz Ukrayna ilə yanaşı, Danimarka və Belçika yığmalarıyla eyni qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right