“Marafon Futsal” ənənəni pozmadı

Futzal üzrə Yüksək Liqada XVII turun 2 oyunu keçirilib.
 
Newsport.az saytının məlumatına görə, açılış oyununda autsayderlər qarşılaşıb. Məhsuldar alınan matçda "Yasamal” əvvəlcə 10 cavabsız top vurub. Bundan sonra "ayılan” "Xəmsə” rəqibini 4 dəfə cəzalandırıb. Fərqin azaldığını görən "Yasamal” yenidən qolları sıralayıb.
 
Yekunda 6 xallıq fərq qorunub və "Yasamal” mövsümdə üçüncü qələbəsini qazanıb. Maraqlıdı ki, "Yasamal” əvvəlki 2 qələbəsini də "Xəmsə” ilə dueldə aktivinə yazdırmışdı. Turun mərkəzi oyununda ilk matçdakı qədər qol vurulmasa da, qarşılaşma gərginliyi ilə yadda qalıb. Birinci və ikinci dövrədəki oyunlarda 4 top fərqi (4:0, 6:2) ilə qalib gələn "Marafon Futsal” seriyanı davam etdirmək niyyətində idi.

Bu turda keçirilməli olan "FK.İD.Futsal” – "Neftçi” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb "FK.İD.Futsal”ın bir neçə oyunçusunun səhhətində problemin yaranmasıdı.

 

“Yasamal” FK – “Xəmsə” (8:0) 12:6
Bakı İdman Sarayı. Saat 13:00
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov
Qollar: M. Cahandost, 3:10, 5:40, 16:55, 17:16, 17:55 (10 m.), 27:11, 35:50, V. Vorobyov, 5:20, S. Cavid, 8:50, 11:42, 25:39, M. Hayatbini, 39:04 // Ə. Həsənov, 31:18, S. Əmirov, 33:17, 34:20 (10 m.), 38:27 (10 m.), Y. Ağakərimov, 33:50, Ə. Əlizadə, 36:40
Sarı vərəqə: M. Roştani, 9:07, R. Akbari, 9:49, V. Vorobyov, 34:22 // C. Yusifov, 14:24, Ə. Həsənov, 17:53, Y. Ağakərimov, 37:20

“Yasamal” FK
1. Mohammed Roştani, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 80. Omid Oraz, 18. Mohsin Hayatbini, 5. Vüsal Səfərov, 47. Rəsul Akbari 
Rəhbər: Orxan Allahverdiyev

“Xəmsə” 
1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 8. Əli Həsənov (k), 9. Samir Əmirov, 14. Yamin Ağakərimov, 2. Əli Əlizadə, 13. İbrahim İbrahimov, 6. Şamo Talıbov 
Baş məşqçi: Arif Vəliyev

 

“Marafon Futsal” – EKOL (3:1) 5:2
Bakı İdman Sarayı. Saat 15:00
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Tofiq Şükürov
Qol: E. Barati, 13:06, 13:22, İ. Hacıyev, 19:59, O. Talebi, 34:50, İ. Zeynalov, 38:43 // R. Əhmədov, 16:43, 39:33
Sarı vərəqə: S. Həmzəyev, 36:10
Qırmızı vərəqələr: S. Məmmədov, 1:22 // N. Məmmədkərimov, 1:22

 

“Marafon Futsal”
12. Kəsra Mehdipour (q), 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 77. Vyaçeslov Tsvirko, 2. Kamran Hacıyev (q), 20. Sergey Çumakov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 22. Elyas Barati, 4. İbrahim Zeynalov, 99. Rüstəm Bağırzadə, 13. Majid Morovati 
Baş məşqçi: Elşad Quliyev

EKOL 
99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli 
Baş məşqçi: Radik Əhmədov

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 14 13 1 0 87-16 40
2 Marafon Futsal 15 12 0 3 64-26 36
3 EKOL 15 7 2 6 49-45 23
4 FK.İD.Futsal 14 4 4 6 48-48 16
5 Neftçi İK 12 4 3 5 33-34 15
6 Yasamal 14 3 0 11 46-92 9
7 Xəmsə 14 0 2 12 36-102 2

 

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 20 qol

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right