Zaur Axundov: "Qrupdan çıxa bilməsək böyük fəlakət olar"

Futzal üzrə Azərbaycan milli komandası Avropa Çempionatının final mərhələsinə hazırlıqlarını davam etdirir.

Futzal Federasiyasının prezidenti Zaur Axundov Newsport.az saytına verdiyi müsahibəsində, millinin İranla keçirdiyi son görüşündən (1-4) və yığmanın məşq prosesləri haqda danışıb.

- Bu oyunların bizə çox faydası oldu. Avropa Çempionatının finalı öncəsi, bundan gözəl hazırlıq prosesi ola bilməzdi.İran millisi bilirsiz ki, bu gün dünya beşliyində yer alan komandadır. Bizimlə görüşə də əsas heyətlə gəlmişdilər. Düşünürəm ki, bu bizə daha çox fayda verəcək. Səhvlərimizi gördük və nəticə çıxarmağa çalışacağıq.

- Millimizdə geriləmə hiss olunur. Xüsusən də anlaşma baxımından. Bu nə ilə bağlıdır?

- Bir neçə oyunçularımız var ki, ayrı-ayrı klublardadırlar. Elə buna görə də anlaşmada problemlərimiz yaranır. Əsas oyunumuz ayın iksi Fransaya qarşı olacaq. Inanıram ki, o vaxta qədər hər şey qaydasına düşəcək.

- Hesab etmirsiniz ki, siz texniki heyətə yaxın olan zaman komanda daha inamlı təsir bağışlayır?  Son zamanlar isə “Araz”ın Avrokuboklarda iştirakından bu yana, texniki heyətdə olmamağınızın komandaya hər hansı bir təsiri ola bilərmi?

- Təbii ki, son 10-12 ildə futzalçılar və məşqçilər də öyrəşiblər ki, mən texniki zonada olum. Deməzdim ki, ayrı düşmüşük,  sadəcə, işlər belə gətirir.

- Yığma qrupdan çıxa bilməsə, bu faciə olacaqmı? Ümumiyyətlə, komandanın qarşısındakı məqsəd nədir? Təkcə qrupdan çıxmaqmı? Yoxsa...

- Yox, təbii ki, mən heç bu haqda fikirləşmək belə istəmirəm. Artıq 5-ci dəfədir ki, biz Avropa Çempionatında iştirak edirik.  Bunun üçün də qrupdan çıxa bilməsək böyük fəlakət olar futzalımız adlna. Əslində, hər şey ola bilər. Bugünki gün Xorvatiya yığmasının kənarda qalıb, onun yerinə Fransa millisinin gəlməyi, hərşeydən xəbər verir. Siz görün fransızlarda nə qədər ruh yüksəkliyi var. Hətta mən deyərdim, 12 komandanın hamısından çox. Kim ki, Fransaya asan rəqib kimi baxır, böyük yanlışlığa yol verir. Məncə, çempionatın ən gərgin oyunu Azərbaycan və Fransa görüşü olacaq.

- Çempionatın bombardiri Renat Sultanov niyə milliyə dəvət olunmayıb? 

- Bu suala baş məşqçi cavab versə daha yaxşı olar. Mənim fikrimcə isə bu gün millitə kim hazırdırsa o, da çağrılır. 

- Sizin saytda qeyd olunmuşdu ki, "Keşlə"nin müşahidə şurasının üzvləri yığışıb və Ramiz Məmmədovun yerinə, Yuri Maksimov təyin olunub. Lakin şuranın üzvləri haqda məlumat verilməmişdi. Bu araşdırıldı və oradakıların da adları məlum oldu. Sadəcə, bir isim diqqətimizi çəkdi ki, Nizami Rayon İcra Başçısı da üzvlər arasında yer alırdı. Bu, futbol klubları tarixində bir ilkdir ki, hansısa İcra başçısı müçahidə şurasında yer alır. Necə olacaq? Bu, daimidirmi?

- Təbii ki, daimi olacaq. İlk olaraq onu deyim ki, klubun adı Keşlə qəsəbəsi ilə bağlıdır və həmin qəsəbə, Nizami Rayonu İcra Hakimiyyətinin tabeçiliyindədir. Arif müəllimin özü də idmançıdır və uzun müddət, səhv etmirəmsə, güləşnən də məşğul olubdur. Yəni, idmanı sevən biri olduğu üçün bütün bu amilləri nəzərə alaraq, onu müşahidə şurasının üzvlüyünə daxil etmişik.

- Yaxın zamanlarda müşahidə şurasının yığışması ehtimalı varmı?

- Əlbəttə var. “Keşlə” hal-hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Biz də yaxın zamanlarda futzal millisi ilə Avropa Çempionatına yola düşürük. Fevralın 11 isə Azərbaycan Çempionatına start verilir. Fikirləşirəm ki, iki turdan sonra yığışıb görüləcək işlər və komandanın vəziyyəti haqda müakirələrimizi edəcəyik. Bunsuz qeyri-mümkündür. Ən azı ayda bir və ya iki dəfə müşahidə şurasl yığışmalıdır.

- Belə şıxır ki, “Keşlə”nin təlim-məşq toplanışında iştirak edə bilməyəcəksiz?

- Çox istəyərdim hazırlıqda iştirak edim və yeni oyunçulara baxım, Lakin Avropa Çempionatı olduğu üçün mən, toplanışda iştirak edə bilməyəcəm. Çünki, milli komanda oynayırsa, yüz faiz orada olmalıyam. 

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right