Azərbaycan yığması DÇ-nin 11 ən uğurlu komandası sırasında!

Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, artıq mundialın qrup mərhələsində 1-ci tura yekun vurulub.

İlk turun nəticələrinə görə, 11 komanda qələbə qazanıb. Onlar arasında Mərakeşə 5:0 hesabıyla qalib gələn Azərbaycan millisi də var. Millimizdən başqa Misir, Panama, Rusiya, Avstraliya, Vyetnam, Braziliya, İtaliya, İspaniya, Kosta-Rika və Argentina da ilk oyunlarından qalib ayrılıb. İlk turda millimizdən daha böyük hesablı qələbəni yalnız Misir əldə edib - 7:1.

Qeyd edək ki, DÇ-də bütövlükdə 24 komanda 6 qrupda mübarizə aparır. Pley-off mərhələsinə onlardan 16-sı çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right