İtaliya da millimizin potensial rəqibi oldu

Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, bu, İtaliya yığması olub.

Sözügedən komanda Macarıstanla cavab görüşündən 6:0 hesablı qələbə ilə ayrılıb. İlk oyunda da 3:0 hesabıyla üstün olan italyanlar DÇ-yə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, İtaliya mundiala vəsiqə qazanan 17-ci komanda olub. Daha öncə Avstraliya, İran, Tailand, Özbəkistan, Vyetnam, Solomon adaları, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Portuqaliya və İspaniya DÇ-yə vəsiqəni təmin etmişdi.

Mundialın qalan 7 iştirakçısı Afrika və Şimali Amerika təmsilçiləri olacaq.

Xatırladaq ki, DÇ-2016 sentyabrın 10-da start götürüb, oktyabrın 1-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right